Ötən gün axşam saatlarında Bakının Nizami rayonu Qara Qarayev prospektində və Xətai rayonu Babək prospektinin bir hissəsində elektirk enerjisinin verilişində fasilə yaranıb.

Unikal.org xəbər verirki, bu barədə ''Azərişıq'' ASC-dən ''Xəzər Xəbər''ə verilən məlumata görə, buna səbəb Əhmədli qəsəbəsi ərazisində yüksək gerginlikli elektrik xətlərində baş verən qısa qapanma olub.

Məsələ ilə bağlı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının verdiyi məlumata görə isə, qısaqapanmanın hansı səbəbdən baş verdiyi bilinməsə də, artıq təmir işləri başa çatdırılıb və normal enerjinin verilişi bərpa edilib.

''Azərişıq'' ASC-nin sözçüsü Tanrıverdi Mustafayev deyir ki, qurumun əməkdaşları tərəfindən bütün qurğu və avadanlıqlara baxış keçirilib.

Qeyd edək ki, ötən gün Bakının 2 rayonuna elektirk enerjsinin verilməsində yaranan fasilə 20 dəqiqə davam edib.