Dənli bitki olan lobyanın qiyməti bahalaşıb.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, hazırda bazarlarda bu məhsul həm azdır, həm də baha qiymətə satılır.

Məsələn, Tovuz bazarında ötən il 1 kiloqramı 50-70 qəpik arasında satılan lobya hazırda 2 manata alıcılara təklif olunur.

Ötən il satıcıların piştaxtasında kisələrlə lobya görmək olurdusa, bu il ən çoxu 5-6 kiloqram olur. Məhsulun qiymətinin baha olmasını elə alıcılar da təsdiq edir.

Paytaxt bazarlarında da lobyanın qiymətində bahalaşma hiss olunur. Satıcıların sözlərinə görə, hazırda lobyanın 1kiloqramı 2 manat 50 qəpiyə satılır.

Satıcılar lobyanın qiymətinin artmasına səbəb kimi isə bölgələrdə təsərrüfatlarda su qıtlığının yarnmasını və havaların isti keçməsini göstərirlər.

Satıcıların sözlərinə görə, məhsulun qiymətində yaxın günlərdə dəyişiklik gözlənilmir.