Təxminən 51 ton bitkiçilik məhsulu Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.

Unikal.org "Ləzgi qəzetinə istinadla xəbər verir ki, məhsullar Dağıstanın dövlət müfəttişləri tərəfindən "Yaraq-Qazmalar keçid məntəqəsinə saxlanılıb.

Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib.

Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 ton şaftalı və 15 ton tütün xammalı olub.

Məhsullar Azərbaycana qaytarılıb.(modern.az)