Azərbaycan çempionatının 2015/2016 mövsümünün bürünc medalçısı müəyyənləşib.
Unikal.org-un məlumatına görə, "Qəbələ" klubu mövsümü üçüncü pillədə başa vurub.
"Qəbələ" üçüncülüyü əldə etmək üçün səfərdə "Kəpəz"i məğlub edib - 1:0. Bununla da "Qəbələ" 59 xalla üçüncü pillədə qərarlaşıb.
Bürünc medala iddialı digər komanda Bakı "İnter"i də evdə "Zİrə"ni məğlub edib. Lakin "Qəbələ" ilə şəxsi oyunlara görə, "bankirlər" eyni xalla 4-cü pilləyə enib.
Qeyd edək ki, mövsümün qızıl medallarına "Qarabağ" sahib çıxıb. Premyer Liqada debüt edən "Zirə" isə ikinciliklə kifayətlənib.