"Tezlikə "Qarabağla oyunun hazırlığına başlayacağıq. Bu komandanın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini bilirəm.

Unikal.org  xəbər verir ki, bunu "Qarabağın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi - Belarusun BATE komandasının kapitanı İqor Staseviç deyib.

II təsnifat mərhələsinin cavab görüşündə Finladiya təmsilçisi HİK üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşən 33 yaşlı yarımmüdafiəçi bildirib ki, "Qarabağ səviyyəli legionerlərdən təşkil olunmuş möhkəm komandadır. Lakin düşünrəm ki, hər şey gücümüz daxilindədir.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun 7-8 avqustda Bakıda, cavab görüşü isə bir həftə sonra Borisovda olacaq.