Azərbaycan Uşu Federasiyasının vitse-prezidenti Namiq Əsgərov Unikal.org-a müsahibə verib:

- Neçə ildir idman sayəsində çalışırsınız?

- İdman sayəsinə gəməyim təxminən 1998-ci ildən olub. O zamanlar Kikboks və Muay-taiy bir federasiya altında fəaliyyət göstərirdi. Həmin il mən Kikboks və Muaytay Federasiyasında vitse-prezident kimi fəaliyyətə başladım. 2015-ci ilə qədər mən bu federasiyada vitse-prezident kimi fəaliyyət göstərdim.

2016-cı ildən isə Uşu Federasiyasında vitse-prezident kimi fəlaiyyət göstərirəm.

2012-ci ildə nazir cənab Azad Rəhimov tərəfindən "Fəxri bədən tərbiyəsi və idman işçisi, 2016-cı ildə mən Əməkdar İdman Ustası adına layiq görümüşəm.

2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının fəxri dipıomu və medalı ilə təltif olunmuşam. Həmin ilin dekabr ayında cənab prezident tərəfindən fəxri fərmanla təltif olunmuşam.

- Yəni idman camiəsində Azər Həsənsoyla birlikdə çalışmağa başlayıbsınız?

- Bəli, idman sahəsindəki ilk fəaliyyətim Azər müəllimə çox bağlıdır. O zamanlar Azər müəllim 3 federasiyaya rəhbərlik edirdi. Bunlar da Döyüş Federasiyaları Assosiasiyası altında birləşirdi.

Sonradan Kikboks Federasiyası buradan ayırıldı, Adil Əliyevin başçılığı altında fəaliyyət göstərməyə başladı. Biz Adil Əliyevlə 17 il birlikdə çalışdıq. Gördüyünüz kimi Kikboks çox inkişaf edib, böyük nailiyyətləri olub. Yəqin burada bizim də əməyimiz olub.

- Özünüz idmanla məşğul olmusunuz?

- İdman sayəsinə gəlişim heç də təsadüf deyil. Azərbaycan Dövlət Tibb universitetini bitirmişəm. Azərbaycanın tanınmış idmançılarından, uşu-sanda üzrə dünya çempionu Canpolad Budaqovla universitetdə bir yerdə oxumuşuq. Elə idmana başlamağım onunla da bağlıdır. Biz bir yerdə 1986-1990-cı illərdə məşq etmişik. Ancaq Canpolad Budaqov böyük idmana atıldı, mən yox...
Qısa bir müddət həkim kimi fəaliyyət göstərdim, sonradan biznes sayəsində çalışmağa başladım. Daha sonra gördüm ki, ölkəmizdə idmana diqqət var, dövlət başçısı tərəfindən idmana xüsusi qayğı göstərilir. Bundan sonra mən də cənab prezidentin idmana qayğısından həvəslənərək bu sahədə imkan daxilində əmək sərf etməyə qərar verdim.

-20 ildir idman sayəsindəsiziniz. Bu müddət ərzində sizi yoran, uzaqlaşmağa səbəb olacaq çətinliklər oldu?

- Yox elə çətinliklər olmadı. Özüm idmanla məşğul olmuşam, çətinliyə bələd idim. Təəssüf edirəm ki, idmançı kimi nailiyyətlər əldə edə bilmədim, başqa sayələrə daha çox vaxt ayırdım. Özümün idmançı kimi formalaşmağım üçün vaxt ayıra bilmədim.

Müəyyən müddətdən sonra yenidən idmana qayıtdım. Bu zaman digər idmançıların uğur qazanması, mənim əldə edə bilmədiklərimi onların əldə etməsi üçün köməkliyimi göstərdim. Çalışdım dostlartımıza maddi və mənəvi dayaq durum.

Federasiyadakı fəaliyyətim dövrümdə də heç vaxt usanmadım. Heç vaxt "yoruldum, "mənim xərclərim çox çıxır kimi fikirlər səsləndirmədim. Bir azərbaycanlı olaraq çalışdım ki, mənim də həm dövlətimizə, həm xalqımıza bir köməyim dəysin.

- İdmançılar sizə yaxınlaşıb problemini və ya digər həll olunası məsələlərini ilə bağlı fikirlərini deyə bilir?

- Təbii ki, problemsiz... Özüm də çox vaxt bəzi idmançılarla maraqlanıram. Hətta əvvəlki idmançıların bir çoxları ilə dostluq münasibətlərimiz var.

Hafiz Baxışəliyev, Ehram Məcidov, Araz Musayev, Eldar və Elman Qazıbəyov qardaşları, Elman Mirzəyev kimi idmançılarla bizim ünsiyyətimiz dostluq müstəvisindədir.

Hazırda komandada olan idmançılarla da ünsiyyətllərimiz olur. Gəncdirlər, onlara bir böyük qardaş kimi maraqlanıram. Problemləri ilə maraqlanıram, yarışa yola düşmələri üçün əlimdən gələn qədər kömək etməyə çalışıram.

- Sizcə muay-tay, tayboks, uşu, sanda idmanlarına maraq necədir? Bu idmanların inkişafı üçün hansı işlər görülür?

- Bu idman növləri Azərbaycanda hər zaman məşhur olub. İslam Həmrəylik Oyunlarından misal çəkmək istəyirəm. Uşu idmanı da bu yarışa əlavə olundu. Orada idmançılarımız yaxşı nəticə verdi. Ölkə prezidenti tərəfindən mükafatlandırıldı.

Son zamanlar maraq da artıb. Bu idman növləri əsil kişi idmanıdır. Hər bir ata istəyir ki, onun oğlu kişi kimi formalaşsın. Bu səbəbdən də bu idman növlərinə aid zallara axın artır.

Təbii ki, dövlətin də qayğısı böyükdür. Ölkə başçısı hər zaman idmançıların əməyini yüksək qiymətləndirir. Bu da onlarda stimul yaradır.

Olimpiya növlərindən sonra, qeyri-olimpiya idman növlərinə də diqqət hər zaman artır. Müəyyən problemlər də yavaş-yavaş öz həllini tapır.

Ümid edirəmki, yaxın zamanda bizim komandanın da öz şəxsi zalı olar, bu problem aradan qalxar.

- Bu gün sizin də əməkdaşı olduğunuz idman qurumunun əsas dayaqları kimdir? Hansı gücün sayəsində inkişaf edir?

- Bildiyiniz kimi, bütün federasiyaların dayağı Azərbaycan İdman Nazirliyi, Milli Olimpiya Komitəsidir, ölkə başçısıdır.

Federasiya daxilindəki dayaqlar isə qurumun rəhbəru Azər Həsənsoy, vitse-prezidentlər və bütün komandamızdır.

- Özünüz həvəskar şəkildə də olsa komandayla məşqlərə qatılırsız?

- Təəssüf ki, yox. Düzünü deyim ki, çox istərdim. Ancaq zaman, vaxt və sağlamlıq buna imkan vermir. Mənim ən çox heyfsləndiyim işlərdən biri də budur.

Azər müəllimin daha çox həvəsi var. Lakin mən arxaya, ötən zamanlara baxanda heyfslənirəmki mən idmanı əldən verdim.

- Bəs övladlarınızdan bu idmana marağı olan var?

- İki övladım var. Oğlumun 14 yaşı var və uşu idmanı ilə məşğul olur. Hələlik elə böyük nəticələri yoxdur. Nə qədər inkişaf edərsə, öz üzərində daha çox çalışarsa, peşəkar bir idmançı olarsa daha gözəl olar. Amma onu həyat göstərəcək.

- İllərdir idmanın içində olan biri kimi, bu gün idmanın inkişafı ilə bağlı nə düşünürsüz?

- Xaricdə olarkən Azərbayanı nefti, Xəzər dənizi ilə tanıdığımızın şahidi olurduqsa, hazırda bu siyahıya idmançılarımızda daxildir. Ölkəmizi idmançılarımızla da bütün dünyada tanınıyırlar.

Bu yaxınlarda Hollandiyada idim, taksi ilə bir şəhərdən başqa şəhərə gedirdim. Sürücü hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan deyən kimi Zabit Səmədovun adını çəkdi. Tək o deyil, bizim ölkəmiz artıq bir çox idmançılarımızla da xatırlanır.

- Azərbaycan idman sahəsində olanlardan, idmançılardan kimi daha çox bəyənirsiniz?

- Qurban Qurbanovu, Fərid Mansurovu, Canpolad Budaqovu, Baharəddin Səlimovu, Hafiz Baxışalıiyevi və hazırda adını çəkmədiyim bir çox idmançılar var ki, onları çox bəyənirəm. İstər karyerasını bitirmiş, istərsə də hazırda davam etdirən...

Demək olar bütün idman sahələri ilə maraqlarınram, yarışlarını izləyirəm. Məsələn futbolda "Qarabağ klubunun azarkeşiyəm, onun oyunlarını qaçırmamağa çalışıram.

Aygün İlqarqızı