"Ştutqartda forma geyinən Mario Qomes Almaniya millisindən ayrılıb.

Unikal.org  xarici mediaya istinadən xəbər verir ki, bu barədə futbolçu "Facebookda yazıb. Hər zaman Almaniya millisinə bağlı olacağını bildirən 33 yaşlı Qomes komandaya sevgisinin elə əvvəlki kimi qaldığını bildirib. 

Qeyd edək ki, Qomes Almaniya millisində oynadığı 78 matçda hesabına 31 qol yazdırıb.