Rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret sayılan Selfidən (selfie) sonra yeni foto növü çəkim meydana gəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, əslində bu maraqlı foto axını başladan adam isə Rusiyalı DJ Smaş adlı şəxsdir.

Şəxsi təyyarədən pilləkanında özünü yerə yıxan DJ Smash çəkdirdiyi şəkili "Instagram paylaşıb.

Bu fotolar ictimai media yayımlanmağa başlayıb. Artıq sosial şəbəkələrdə məşhur olan Lena Perminova və model Nataşa Pollynin də eyni məzmunlu fotolar çəkərək sosial şəbəkədə paylaşıblar.

Hazırda bu pozada şəkil çəkmək rusiyada moda düşüb və dünyanın əksər ölkələrinə məşhurlaşmağa başlayıb.