25 Mart 2019
Norm sementinin qiyməti bahalaşdı
Norm sementinin qiyməti bahalaşdı İQTİSADİYYAT 10:47 2018-08-10

Azərbaycanın aparıcı sement istehsalçısı - "Norm MMC istehsal etdiyi məhsulların qiymətini, təxminən, 12% artırıb.

Unikal.org report-a istinadən məlumatına görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur.

"Norm 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb.

Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır.