Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.

Bu barədə unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, bununla da şəhərin mərkəzindən Şah İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.