"Mançester Yunayted" tarixində 12-ci dəfə İngiltərə Kubokunun sahibi olub.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, 20 qat İngiltərə çempionu əlavə vaxtda "Kristal Pelas" üzərində 2:1 hesabı ilə qalib gəlib.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 78-ci dəqiqədə "Kristal Lelas"ın oyunçusu Ceyson Pançeon açıb, 3 dəqiqə sonra Xuan Mata bərabərlik qolunu vurub. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə hissə oynanılıb.
Luis van Qalın komandasından qələbə topunu 111-cı dəqiqədə Cessi Linqard vurub.