Bakının Qaradağ rayonunda "Ford və "Kamaz markalı iki yük avtomobili toqquşub.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

FHN-in hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.