21 İyul 2019
20 İyul 2019
Özünü Qaçqınkomun binasından atmaq istəyən məcburi köçkünə 4 otaqlı ev verildi
Özünü Qaçqınkomun binasından atmaq istəyən məcburi köçkünə  4 otaqlı ev verildi CƏMİYYƏT 17:01 2018-08-13

Bu gün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib. 

Unikal.org xəbər verir ki, N.Novruzzadə bu barədə "Qafqazinfoya məlumat verib.

O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: "Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər.

Onun sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri "Yusifoğlu MMC tərəfindən sökülüb: " Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim.