ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi  (FBİ) dünya banklarına xəbərdarlıq  edib.  

Unikal.org-un məlumatına görə, xəbərdarlıqda bildirilir ki, yaxın günlərdə ATM-lərə  hakerlərin böyükmiqyaslı hücumu gözlənilir. Kiberhücum zamanı sistemə zərərverici proqramla  müdaxilə ediləcək və milyonlarla  dolların  hesablardan oğurlanacağı deyilir.

Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebs tərəfindən hazırlanan hesabatda cinayətkarların bir bank və ya karta müdaxilə etməklə bir neçə saat içində dünya miqyasında ATM-lərdən  kopyalanan kartlarla milyonlarla dollar çəkiləcəyi  qeyd olunur.

Hesabata görə, avadanlıq və proqram təminatlarını ən son təhlükəsizlik standartlarına uyğunlaşdırmayan kiçik banklar daha çox riskə məruz qalacaq.  

Hücumların kütləvi şəkildə həyata keçiriləcəyi  də vurğulanıb.