15 İyul 2019
Şamaxıda torpaq sürüşməsi oldu - FOTO
Şamaxıda torpaq sürüşməsi oldu   - FOTO HADİSƏ 15:36 2018-08-15

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər, məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.

Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.


  • Şamaxıda torpaq sürüşməsi oldu   - FOTO