Bakıda yaşayış binasında yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb.
Beşmərtəbəli binanın birinci mərtəbəsində çıxan yanğın zamanı ikiotaqlı ev əşyaları ilə birgə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Binanın sakinləri təxliyyə edilib.
Yanğın baş verən evdə heç kəs olmadığından FHN əməkdaşları qapını və pəncərənin dəmir barmaqlıqlarını xüsusi alətlərlə kəsərək evə daxil olublar. Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.