24 Aprel 2019
23 Aprel 2019
Məşhur televiziya tamaşası ilə bağlı sirrin üstü illər sonra açıldı - FOTO
Məşhur televiziya tamaşası ilə bağlı sirrin üstü illər sonra açıldı - FOTO MƏDƏNİYYƏT-ŞOU 21:17 2018-08-15

AzTV-nin ən baxımlı ekran işlərindən biri olan "Bala başa bəla" televiziya tamaşasını yəqin ki, bir çoxlarınız izləmisiniz. Televiziya tamaşasının sonunda İzzət Nəfislinin evindəki qonaqlıq səhnəsində divardan asılan şəkildə Suğra (Afaq Bəşirqızı) ilə İzzətin (Cahangir Zeynalov) uşaqlıq şəkilini görürük.

Unikal.org-un milli.az-a istinadən məlumatına görə, əslində həmin şəkil aktyor Cahangir Zeynalovun uşaqlıq şəklidir. Aktyorun anası Nəsibə Zeynalova zarafat üçün hələ uşaq ikən Cahangirinhəm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum əqrəbaya bu şəkilləri göstərib, "Görürsünüz, mənim bir qızım da var" deyirmiş. Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onları tamaşada da istifadə etmək qərarına gəlib və iki şəkili birləşdirərək dekorda divardan asdırıb.

Qeyd edək ki, ekran işində əsas rolları Cahangir Zeynalov, Səidə Quliyeva, Afaq Bəşirqızı və Ələkbər Hüseynov oynayıb.

  • Məşhur televiziya tamaşası ilə bağlı sirrin üstü illər sonra açıldı - FOTO