18 Yanvar 2019
Təqaüdçülərə ŞAD XƏBƏR: Pensiyalar verildi
Təqaüdçülərə ŞAD XƏBƏR:   Pensiyalar verildi İQTİSADİYYAT 15:49 2018-08-16

Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən unikal.org-a verilən məlumata görə, Qurban bayramı münasibətilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.

Fond avqust ayının 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, avqustun 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, avqustun 15-də ölkənin digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.