15 İyul 2019
Nazir xarici investorlar üçün telekonfrans təşkil etdi
Nazir xarici investorlar üçün telekonfrans təşkil etdi DÜNYA 18:04 2018-08-16

Türkiyə xəzinə və maliyyə naziri Berat Albayrak xarici investorlar üçün telekonfrans təşkil edib.

Unikal.org-un məlumatına görə, telekonfransda təxminən 6 000 potensial sərmayəçi iştirak edib.
Nazir bildirib ki, Türkiyənin bank sistemi güclüdür və dövlət ona dəstək verməkdə davam edəcək: "Biz hazırkı vəziyyətdən daha güclü çıxacağıq".
O, həmçinin əlavə edib ki, Türkiyə əmək bazarına canlanma gətirməyə çalışır. Nazir eyni zamanda sərmayəçilərə zəmanət verib ki, onların ölkə iqtisadiyyatına qoyduqları pula nəzarət edilməyəcək.

Ekspertlər hesab edirlər ki, telekonfrans Türkiyənin fond birjasında indekslərin artmasına gətirib-çıxaracaq.