21 Aprel 2019
20 Aprel 2019
Prezidentdən 6000 nəfəri sevindirəcək SƏRƏNCAM -11,6 milyon AYRILDI
Prezidentdən 6000 nəfəri sevindirəcək SƏRƏNCAM  -11,6 milyon AYRILDI İQTİSADİYYAT 18:32 2018-08-16

Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.