21 Aprel 2019
20 Aprel 2019
Polisdən xüsusi əməliyyat - Yeni nəsilin 50 üzvü QANDALLANDI
Polisdən xüsusi əməliyyat -Yeni nəsilin 50 üzvü  QANDALLANDI DÜNYA 21:04 2018-08-16

Meksikada ordunun və polisin keçirdiyi uğurlu əməliyyat nəticəsində "Xalisko - Yeni nəsil adlandırılan güclü narkokartelin 50 üzvü tutulub.

Unikal.org xəbər verir ki, "Excelsior portalının yaydığı məlumata görə, bütün şübhəlilər Qvatemala ilə sərhəddə yerləşən Çyapas ştatında saxlanılıb. Onların 38-dən çoxu Frontera-Komalapa şəhərindəki oteldə həbs olunub.

"Xalisko - Yeni nəsil karteli hazırda Meksikada ən güclü qruplaşmalardan biridir. 2015-ci ildə qruplaşma üzvlərinin hərbi helikopterə hücumu nəticəsində 8 nəfər həlak olmuşdu. Daha sonra isə polis patruluna hücum zamanı 15 asayiş keşikçisi öldürülmüş, 5-i yaralanmışdı. Bu, son illərdə Meksika polisi sıralarında ən böyük itkilərdən biri hesab edilir.

Meksika Baş Prokurorluğu "Xaliskonun başçısı, Menço ləqəbli Nemesio Osegera Servantesin tutulmasına kömək edəcək informasiyaya görə 30 milyon peso (1,5 milyon dollardan çox) məbləğində mükafat elan edib.(modern)