21 Aprel 2019
20 Aprel 2019
Nazirlik Kia Optima və Daevo Nexia maşınlarını satışa çıxardı - 3000 manata
Nazirlik Kia Optima və Daevo Nexia maşınlarını satışa çıxardı   - 3000 manata İQTİSADİYYAT 12:09 2018-08-18

Vergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb.

Unikal.org xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək.

Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir.

Hərraca 5 ədəd "Kia Optima, 3 ədəd isə "Daevo Nexia markalı avtomobillər çıxarılıb. Avtomobillərin qiyməti isə istehsalı ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir.