Biləsuvar rayon sakini motosiklet qəzasında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 17-də Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində Aranlı kənd sakini Ənvər Əliyev idarə etdiyi "İJ markalı motosikleti aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.