Şəki şəhərində küçədən kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhərində naməlum kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki şəhər şöbəsinə təhvil verilib. Daha sonra məlum olub ki, ölən şəxs 1981-ci il təvəllüdlü Fuad Vaqif oğlu Babayevdir. Onun hansı şəraitdə ölməsi tibbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.