17 İyun 2019
16 İyun 2019
Qarabağın Şeriflə oyunlar üçün iştirak ərizəsi - SİYAHI
Qarabağın Şeriflə oyunlar üçün iştirak ərizəsi - SİYAHI İDMAN 13:44 2018-08-19

"Qarabağın Avropa Liqasının pley-off mərhələsində "Şeriflə (Moldova) oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Unikal.org xəbər verir ki, Ağdam klubu Avroliqa matçları üçün 22 futbolçu sifariş edib. Siyahıda 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb:

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 91. Coşqun Diniyev, 77. Donald Gerye;

Hücumçular: 11. Mahir Mədətov, 7. İnnosent Emeqara, 28. Con Delarj.

"Qarabağla "Şerif arasında ilk oyun avqustun 23-də Tiraspoldakı "Şerif idman kompleksinin stadionunda olacaq. Cavab görüşü isə avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hər iki oyun saat 21:00-da başlayacaq.