Xosep Qvardiola mayın 21-də "Bavariya"nın baş məşqçisi kimi Almaniya Kuboku uğrunda final oyunu sonuncu idi.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yetirmələri penalti seriyasında Dortmundun "Borrusiya" klubuna 4:3 hesabı ilə qalib gələrək çempionluqla yanaşı, ölkə kubokunu da qazandı.
O, oyundan sonra Münhün klubunda işləməyin onun üçün xoş olduğunu bildirib.
"Bavariya"da məşqçi olmaq mənim üçün çox böyük şərəf idi. Almaniyaya gəlməyim doğru qərar idi. Bu mənim üçün böyük təcrübə oldu. Mənim Münhendəki yaşayışım super idi. Bundesliqa çox xoşuma gəlir – stadionda boş yer faktiki olmur, azakeşlər bir-birinə qarşı hörmətlə davranırlar. "Bavariya"ya daha böyük nailliyyətlər arzulayıram", - Qvardiola vurğulayıb.
O, bu ilin yayından İngiltərənin "Mançester Siti" klubuna baş məşqçilik edəcək.