Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın başlayıb.
Unikal.org apa-ya istinadən xəbər görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
 
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Report"a bildirib ki, hadisə ilə əlaqədar səhər saatlarında çağırış daxil olub: "Hadisə yerinə iki həkim briqadası göndərilib".

X X X

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Report"a açıqlamasında məktəbdə partlayış olması barədə məlumatlara münasibət bildirib: "Məktəbdə heç bir partlayış olmayıb. Yanğın hadisəsi məktəbin ibtidai sinfin şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb. Məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur".

XXX

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev azvision.az-a bildirb ki, məktəbdə baş verən yanğın zamanı şagirdlər arasında xəsarət alan olmayıb.