Sərbəst güləş üzrə milli komandamız yarışla əlaqədar Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi Qazax rayonunda təlim-məşq toplantılarını davam etdirir.

Unikal.org xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşqlərdə Azərbaycanın aparıcı idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir.

Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan ağır məşqlərdən son ötən gün pəhləvanlarımız Qazaxın Daşsalahlı kəndində yerləşən Damcılı bulağında istirahət ediblər. İstirahət zamanı maraqlı hadisə baş verib. Komandamızla birgə təlim-məşqlərə qatılan Kanadadan olan məşhur idmançılardan biri saza həvəs göstərib.

Daha sonra qaradərili idmançı istirahət mərkəzində olan aşıqlardan birindən sazını istəyərək ifa etməyə cəhd edib.

Qeyd edək ki, Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.