15 Oktyabr 2019
14 Oktyabr 2019
Ramil Səfərova qarşı terror təhlükəsi
Ramil Səfərova qarşı terror təhlükəsi SİYASƏT 11:28 2012-09-05

Ramil Səfərova qarşı terror təhlükəsi
Ramil Səfərova qarşı terror təhlükəsi

“Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Ramil Səfərovla bağlı açıqlama yayıb. Müdafiə Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, açıqlamada bu məsələnin Ermənistanda doğurduğu narahatlığa da toxunulub: “Azərbaycan zabiti Ramil Səfərovun prezident İlham Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində vətənə gətirilərək əfv edilməsi xalqımız tərəfindən böyük hadisə kimi qarşılandı.

Düşmən ölkədə isə əvvəlcədən məlum olduğu kimi bu hadisə etirazlara və isterikaya səbəb oldu. Ermənistan hakimiyyətinin uğursuz siyasəti kimi dəyərləndirilən bu məsələnin Sarkisyan rejimi üçün ciddi problemlər yaratdığını sübuta yetirməyə artıq ehtiyac yoxdur. Əhalinin qəzəbini sakitləşdirməyə çalışan Ermənistan rəhbəri müxtəlif üsullara və siyasi xilasa hesablanmış sərt bəyənatlara əl atsa da, istədiyi nəticəni reallaşdıra bilmir. Odur ki, ənənəsinə sadiq olan Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib və dolaşan xəbərlərə görə aidiyyatı qurumlara öz göstərişlərini də verib. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, terrorizmdə xüsusi təcrübəyə yiyələnən Ermənistan prezidentinin bu alçaq niyyətinin qarşısını almaq və öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Azərbaycana hədə-qorxuların əhəmiyyəti yoxdur və bizimlə bu dildə danışmağın vaxtı çoxdan keçib. Yaxşı olar ki, Ermənistan yeni siyasi və hüquqi vəziyyətin işə düşdüyünü anlamış olsun. Əks təqdirdə regionda yarana biləcək vəziyyəti indidən təsəvvürə gətirə bilərlər. Macarıstan və Azərbaycan əməkdaşlığı sayəsində vətənə qaytarılan Ramil Səfərov hadisəsindən bəzi kənar qüvvələrin narahatlıq keçirməsini də diqqətdən kənarda saxlamaq olmaz. Burdaca xatırlatmaq yerinə düşər ki, həmin qüvvələrin və havadarların yaxından köməyi ilə Azərbaycanın 20 faiz torpağını işğal edərək yurd yerlərimizi viran qoyan, minlərlə soydaşımızı vəhşicəsinə öldürən, 1 milyona yaxın günahsız insanı öz ocağından didərgin salan Ermənistanın başına görəsən nədən belə sığal çəkilir? Bunun səbəbini və ya hansı beynəlxalq hüquq çərçivəsinə sığdığını izah edə bilərlərmi? Bəli, olduqca ağır faciələr və cinayətlər zaman-zaman ermənilərin əli ilə azərbaycanlıların üzərində sınaqdan çıxarılsa da, lakin qəsbkara lazımi qiymət verilməsinin şahidi olmamışıq. Bizə gələndə isə həmişə susublar, sonra da ədalətdən, insan haqq və hüquqlarından danışıblar. Məgər dünyanın bu işgəncələrdən xəbəri yoxdurmu? Təkcə Xocalı faciəsinə – orada başı kəsilən körpələrin, hamilə qadınların, yaşlı insanların qətliamına görə Ermənistanın Sarkisyan və Köçəryan rejimi beynəlxalq məhkəmə qarşısında dayanmalı idi. Serj Sarkisyanın özünün isə Xocalı qətliyamındakı birbaşa rolu danılmaz faktdır. Vaxtı ilə hətta bundan qürurlanaraq həyasızcasına mətbuata açıqlama da vermişdi. Ədalətdən, insanlıqdan, vicdandan, bəşəri dəyərlərdən danışmağa onun haqqı olmamalıdır. Lakin ikili standartlar o qədər dərin kök salıb ki, Serj Sarkisyan kimi cinayətkarların törətdikləri soyqırımları sadəcə etiraf etməyə lüzum görmürlər. Bəla da bax bundan ibarətdir. Ramil Səfərovla bağlı Ermənistanın qopardığı məlum hay-küyə gəldikdə isə Müdafiə Nazirliyi bildirir ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Zabitimizin vətənə qaytarılması ədalətin, haqqın və Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirilməlidir”.Qeyd edək ki, artıq bir neçə gündür ki, Ramil Səfərova terror aktı təşkil etmək üçün Ermənistandan çağırışlar gəlir və bu çağırışlara Milli Təhlükəsizlik Nazirliyi də sərt cavab vermişdir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur.
“Eyni zamanda təhlükəsizlik baxımından Ramil Səfərovun qorunmasının hərtərəfli təmin olunması məsələsi daim aktualdır, bu, dinamik şəkildə, bir an belə dayanmadan həyata keçirilir. Yəni hər hansı bir səbəbdən asılı olmayaraq, onsuz da milli təhlükəsizliyin təmin olunması üçün ölkənin müvafiq strukturları, orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi bütün zəruri qabaqlayıcı tədbirləri görür”, – deyə A. Babayev qeyd edib.

Fuad