Bakının Xəzər rayonunda quldurluq hadisəsi baş verib.

Unikal.org Publika.az-a istinadən xəbər veirr ki, avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Ə.Rəcəbovun idarə etdiyi "Mercedes markalı avtomobilə sərnişin qismində miniblər.

Onlar taksi sürücüsündən Qala qəsəbəsinə gedəcəklərini bildiriblər.

Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib, 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alıblar.

Cinayəti törədən şəxslər daha sonra hadisə yerini tərk ediblər.

Zərərçəkmiş baş verən cinayətlə bağlı 1-ci polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıblar.

Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.