Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, Təbriz təmsilçisi BƏƏ-nin "Əl-Nəsr" komandası ilə cavab görüşündə lazımi nəticəni əldə edə bilməyib.

İlk görüşün revanşında (1:4) "Traktor Sazi" 3 fərqi tam aradan qaldırmağı bacarmayıb - 3:1.

Qalib komandanın heyətində Fərzad Hatəmi 47 və 73-cü, Məhəmməd İranpuryan 61-cı dəqiqədə fərqlənib. "Əl-Nəsr"dən isə yeganə qolu 16-cı dəqiqədə Salem Saleh vurub.

Qeyd edək ki, Təbrizdə keçirilmiş qarşılaşmanı 68 minədək tamaşaçı izləyib.