Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom MMC-nin Data Mərkəzi "Microsoft Office 365 lisenziyasının satışına başlayır.

Unikal.org xəbər verir ki, artıq müştərilər "bulud üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur: "Office 365 Business Essentials, "Office 365 Business və "Office 365 Business Premium. Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur.

"Microsoft Office 365-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, "Microsoft Office proqramları ilə işləmək mümkün olacaq.

Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin "Office 365-in quraşdırılması və idarə olunması da çox sadədir.

Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün [email protected] ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.