16 İyun 2019
15 İyun 2019
Neftimiz NEÇƏYƏDİR?
Neftimiz NEÇƏYƏDİR? İQTİSADİYYAT 23:38 2018-09-19

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 80,66 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,75 dollar/barel çoxdur.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 79,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 77,57 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Datedetalon növlü neftin qiyməti isə sentyabrın 18-də 79,1 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.