Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  rayonun İravanlı kəndində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub və nəticədə yol kənarına aşıb.

Qəza zamanı Goranboy rayon sakinləri - 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb.

Faktla bağlı araşdırma aparılır.