13 Dekabr 2018
Ronaldo Old Traffordu görməyəcək?
İDMAN 16:11 2018-09-22
  • A

Çempionlar Liqasının qrup mərhələsində "Valensiya ilə keçirilən oyunun 30-cu dəqiqəsində meydandan qovulan "Yuventusun hücumçusu Kriştiano Ronaldonun keçmiş komandası "Mançester Yunaytedə qarşı oynamaması gözlənilir.

Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu UEFA-nın İntizam Komitəsi tərəfindən 2 oyunluq cəza alarsa, 23 oktyabrda İngiltərənin "Old Trafford stadionunda keçiriləcək "Mançester Yunaytedlə oyunda iştirak edə bilməyəcək.

Qırmızı vərəqə aldıqdan sonra göz yaşlarını saxlaya bilməyən Ronaldonun oktyabrın 2-də baş tutacaq "Yanq Boyzla matçda forma geyinməyəcəyi dəqiqdir. UEFA-dan 3 oyunluq cəza gələrsə, 33 yaşlı hücumçu sabiq komandası "Mançester Yunaytedlə ikinci oyunu da buraxmalı olacaq.