Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində qanunsuz hərbi birləşmələrdən birinin əsgəri, 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç güllə yarasından ölüb.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.