Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi olub.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü yerli sakin Zeynalov Təvəkkül Mirabbas oğlu döş qəfəsindən bıçaqlanaraq xəsarət alıb.

Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən T.Zeynalovun vəziyyəti orta-ağırdır.

Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.