Rusiya təyyarəsi belə vuruldu - VİDEO
DÜNYA 20:51 2018-09-23
  • A

18 sentyabr gecəsində Suriyanın Latakiya bölgəsində Rusiyaya məxsus "İl-20 təyyarəsinin vurulma anı 3D effektlə canlandırılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Hava Qüvvələrinin hazırladığı videoda "İl-20nin Xmeymim bazasından qalxaraq bölgədə kəşfiyyat apardığı görülür.

Daha sonra İsrailə məxsus Latakiyaya hava zərbələri endirdiyi üçün "İl-20 həmin bölgəyə doğru hərəkət edir. İsrail təyyarələri Rusiya təyyarəsinin arxasında olduğu üçün Suriya hava hücumundan müdafiə sistemlərinin açdığı atəş "İl-20yə dəyir.

Qeyd edək ki, hadisə zamanı 15 əsgər ölüb. Rusya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hadisəyə görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb.