12 Dekabr 2018
Torpaq alıb ev tikmək daha sərfəlidir - VİDEO
CƏMİYYƏT 22:31
  • A

Bakı şəhərinin bəzi ərazilərindəki binalardan ev almaqdansa, torpaq alıb ev tikmək daha ucuz başa gəlir. Bu, daha çox paytaxtın mərkəzi hissələrindən kənarda olan ərazilərə aiddir.

Unikal.org Xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu ərazilərdə bina evlərindən mənzil alan vətəndaş, torpaq alaraq həmin yerdə ev tiksə əhəmiyyətli dərəcədə böyük vəsaitə qənaət etmiş olur.

Ekspert, kimlərin həyət evləri tikməyə daha çox üstünlük verdiyini və bunun səbəblərini də açıqlayıb.

Nofəl Quliyev onu da bildirir ki, adətən binalarda mənzil alan zaman onu bir neçə il sonra satanda fərq o qədər böyük olmur. Ancaq həyət evi tikib onu satanda çəkilən xərcin iki qatına yaxın baha qiymətə bazara təklif oluna bilir.

Mütəxəssis, torpaq alarkən isə onun əsasən sənədlərinin və təyinatının yerində olmasına xüsusi diqqət edilməsini tövsiyə edir. Çünki tikinti təyinatı olmayan torpaqlarda inşa edilən evlərin sahibləri sonradan ciddi problemlə üzləşə bilərlər.