12 Dekabr 2018
Daşqınlar bir neçə nəfərin həyatına son qoydu
DÜNYA 23:27
  • A

Tunisdə daşqınlar bir neçə nəfərin həyatına son qoyub.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə "Mosaique.fm" radiostansiyası xəbər verib.

Xəbərdə bildirilir ki, leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölkənin şimal-şərqindəki Nabel vilayətində 5 nəfər ölüb. Bunlar 20 və 25 yaşlı qızlar, həmçinin 30, 50 və 68 yaşlı kişilərdir.

Təbii hadisə həmçinin avtomobil və piyada körpülərinə ciddi zərər vurub. Körpülərdən bəziləri hətta dağılıb. Bir neçə kəndlə avtomobil yolu ilə gediş-gəliş çətinləşib. 

Ölkədə onlarla nəqliyyat vasitəsi və binaların 1-ci mərtəbəsində yerləşən mağazalar suyun altında qalıb.