24 Aprel 2019
23 Aprel 2019
Fransız arxeoloqla bağlı SƏRƏNCAM
Fransız arxeoloqla bağlı SƏRƏNCAM SİYASƏT 20:15 2018-09-24

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə nişanı ilə təltif haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə nişanı ilə təltif edilib.
Qeyd edək ki, fransız arxeoloq Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O, həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.