Türkiyənin "Akhisarspor klubunun yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssis Akhisar təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

C.Arslan bu komandada Super Liqanın 5-ci turu çərçivəsində keçirilmiş "Ankaragücü ilə oyundan sonra istefa vermiş Safet Suşiçi əvəz edib. Geridə qalan qısa müddətdə komandanı Avropa Liqası çərçivəsində Rusiya "Krasnodarı ilə ev oyununa (0:1), həmçinin "Qalatasarayla Super Liqa matçına (3:0) Cem Kavçak çıxarıb.

Arslan əvvəllər də "Akhisarsporda məşqçi kimi çalışıb. Bu mövsümdən isə o, TFF 1-ci liqa təmsilçisi "Adanasporu çalışdırırdı.