Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Rizvan Əliyev idarə etdiyi "Mercedes markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.