"Aşk ve mavi adlı serialda rol alan aktrisa Burcu Kıratlı və aktyor sevgilisi Furkan Palalı ayrılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumat verir ki, təxminən 2 aydır eşq yaşayan cütlüyün ayrılıq səbəbi bəlli deyil. İddialara görə, ikili bir daha barışmayacaqlarını deyib. Yola gedə bilməyən Furkan və Burcu sosial media hesablarından da bir-birini izləmədən çıxarıb.