25 İyun 2019
24 İyun 2019
Lotu Qulidən Lənkəranskinin varisinə İSMARIC: Onu diri-diri yandıracam (VIDEO)
Lotu Qulidən Lənkəranskinin varisinə İSMARIC:  Onu diri-diri yandıracam (VIDEO) KRİMİNAL 17:40 2018-09-25

Çeçen əsilli kriminal avtoritet, "Şeyx Xəmzət ləqəbi ilə tanınan Xəmzət Qastəmirova qarşı daha bir sui-qəsd planı baş tuta bilər.

Unikal.org Yenicag.az-a istinadən xəbər verir ki, bununla bağlı sensasion səs yazıları yayılıb.

İddia olunur ki, Qastəmirovun qətlində maraqlı olan şəxs onun bir nömrəli düşməni, "Lotu Quli ləqəbi ilə tanınan "qanuni oğru Nadir Səlifovdur.

Səs yazılarından belə başa düşülür ki, Səlifov Qastəmirovu sağ ələ keçirib, onu diri-diri yandırmaq niyyətindədir. Görünür, "Lotu Qulinin amansız arzusu Qastəmirova qarşı olan nifrətindən irəli gəlir.

Qeyd edək ki, indiyədək "Şeyx Xəmzətə qarşı 4 dəfə sui-qəsdə cəhd edilib. Ancaq ardıcıl olaraq Berlin, Amsterdam, Qroznı şəhərlərində təşkil olunan sui-qəsdlər uğursuz alınıb. Qastəmirova qarşı sonuncu sui-qəsd planı isə cari ilin avqustunda təşkil olunub. Lakin "Şeyx Xəmzət Rusiyanın Pyatiqorsk şəhərində təşkil olunan sui-qəsddən də sağ qurtulmağı bacarıb.

Onu da xatırladaq ki, "Şeyx Xəmzət 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. Lənkəranskinin vəfatından sonra bütün diqqətlər Qastəmirovun üzərinə yönəlib. Elə buna görə də mütəmadi olaraq "Şeyx Xəmzətin aradan götürülməsi ilə bağlı planlar cızılır.