15 Dekabr 2018
14 Dekabr 2018
Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO
DÜNYA 19:11 2018-09-25

Argentina Mərkəzi Bankının rəhbəri Lusis Kaputo istefaya gedib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu addım Argentina hökuməti ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında kreditin şərtlərini dəyişdirmək haqqında danışıqlar aparılan zaman baş verib.
L.Kaputo istefasını şəxsi səbəblərlə əlaqələndirib.
"Clarin" qəzetinin məlumatına görə, bu ilin iyun ayından Argentina Mərkəzi Bankının rəhbəri vəzifəsində çalışan L.Kaputo BVF ilə yeni saziş nəticəsində ölkədəki maliyyə, fiskal, valyuta şəraitinə etimadın bərpa olunacağı qənaətində olub.
Qeyd edək ki, BVF İcraiyyə Şurası bu ilin iyun ayında milli valyutasının kəskin ucuzlaşdığı Argentinaya üç il müddətinə 50 milyard dollarlıq kreditin verilməsi qərarına gəlmişdi.