10 Dekabr 2018
Jeep Qazelə ÇIRPILDI - Ölən və yaralananlar var
HADİSƏ 2018-09-26 09:05:07
  • A

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalar yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Jeep markalı avtomobil qarşıdan gedən "Qazel markalı avtomobilə çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini, 1986-cı il təvəllüdlü Bayramov Təbriz Əlzakir oğlu hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.