16 İyun 2019
15 İyun 2019
Bakıda fəhlə işdən qayıdan qadını zorlamaq istədi - POLİS SƏRBƏST BURAXDI
Bakıda fəhlə işdən qayıdan qadını zorlamaq istədi   - POLİS SƏRBƏST BURAXDI KRİMİNAL 10:52 2018-09-26

Bakıda qadını zorlamaq istəyən şəxsi qonşular zərərsizləşdirib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu, Qala qəsəbəsində baş verib.

İşdən evə qayıdan gənc qadına həmin məhəllədə fəhlə işləyən S. Quliyev hücum edib. O, qadını zorlamaq üçün təzyiq edib. Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları S.Quliyevin ifadəsini alandan sonra sərbəst buraxıblar. Hazırda Qala qəsəbəsinin sakinləri PB-nin həyətinə toplaşıb həmin şəxsin həbs olunmasını tələb edirlər.