Arnavutköy bölgəsində atası ilə birlikdə zibilə atılmış kağızları toplayan azyaşlı qızın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan videodan da göründüyü kimi azyaşlı qız atasının istifadə etdiyi əl arabasının üstündə oturaraq kitab oxuyur.

İstanbulda atası ilə birlikdə tullantı kağız yığan bu uşağın məktəb və kitab həsrəti görənləri duyğulandırıb.