15 Dekabr 2018
14 Dekabr 2018
İlkin Həsəni həyat yoldaşını belə təbrik etdi
MƏDƏNİYYƏT-ŞOU 13:30 2018-09-26

Aparıcı-aktyor İlkin Həsəni həyat yoldaşı Ayseli ad günü münasibətilə təbrik edib.

Unikal.org-un məlumatına görə, o, birlikdə olan fotolarını paylaşaraq bunları yazıb:

"Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur... Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən. Bilirsən necə gözəl bir hissdir həmxasiyyət olmaq? Bəli, bilirsən! Bilirsən, necə gözəl bir duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var? Sənə dəstək olan, sevən, güvənən, sənə sən qədər yaxın olan biri... Bəli, bu insan sənsən. Doğum günün mübarək ağıllım. Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq problemi. Onu da növbəti 26 sentyabra kimi həll etsən, daha çox sevəcəm səni.

Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı qız övladı var.